Zur neuesten Ausgabe dieser Publikation.
Description
Avropa İnvestisiya Bankının (AİB) məqsədi Avropa İttifaqı boyunca innovasiya və bacarıqlar, kiçik və orta sahibkarlıq, iqlim dəyişikliyi ilə mübarizə və strateji infrastruktur sahəsində artımı və iş yerlərini təşviq etməkdir.
AİB Avropa üzrə İnvestisiya Planının tərkib hissəsi olan Avropa Strateji İnvestisiyalar Fondu təşəbbüsünü həyata keçirməklə Avropanın iqtisadi dirçəlişinə dəstək göstərir.
AİB-in Avropa İttifaqından kənardakı fəaliyyətləri Aİ-nin xarici siyasətini əks etdirir. AİB əsasən qoşulma mərhələsində olan ölkələrdə və şərq və cənubda yerləşən qonşu ölkələrdə aktiv fəaliyyət göstərir.
AİB həm də Afrika, Karib hövzəsi və Sakit okean hövzəsi ölkələri, Asiya və Latın Amerikası ölkələrində fəaliyyət göstərərək, yerli özəl sektorun inkişafı, sosial-iqtisadi infrastruktur və iqlimlə bağlı layihələri maliyyələşdirir.